Abiogenez

Nature elmi jurnalında 2002-ci ildə dərc olunmuş məqalənin iddiasına görə ABŞ milli parkda tapılmış 3.5 milyard il yaşındaki bu daşlar fosilləşmiş siyanobakteriyalar ehtiva edir. Bu iddialara əasasən bu qalıqlar Yer kürəsindəki ən qədim canlılıq işarələridir.

Abiogenez — Yerdə həyatın mənşəyi nəzəriyyəsinə aiddir. İlkin oksigensiz atmosferdə qeyri-üzvi (bioloji) reaksiyalar, yəni canlı orqanizmlər iştirak etmədən üzvi birləşmələrin əmələ gəlməsi prosesi.[1]

Canlı həyatın bəsit üzvi birləşmələr kimi cansız maddədən təbii olaraq əmələ gəlmə prosesidir. Bu hadisənin Yer kürəsində 3.8 ilə 4.1 milyard il əvvəl baş verdiyi təxmin olunur. Abiogenez araşdırmaları laboratoriya təcrübələri yanaşı çağdaş canlılar haqqında biliklərdən yola çıxaraq həyat öncəsi kimyəvi reaksiyaların Yer kürəsindəki canlı orqanizmləri necə əmələ gətirdiyini aydınlaşdırmağa çalışır.[2][3]

Biologiyada Yer üzərində həyatın təkamülü 2 əsas mərhələyə bölünür.

  1. Abiogenoz- qeyri bioloji yolla həyatın törəməsi.
  2. Biogenoz- bioloji yolla sadədən mürəkkəbə doğru canlıların inkişafı.
  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
  2. Scharf, Caleb; və b. "A Strategy for Origins of Life Research". Astrobiology (journal). 15 (12). Sentyabr 2016: 1031–1042. doi:10.1089/ast.2015.1113. İstifadə tarixi: 20 December 2015.
  3. Oksford Lüğəti[ölü keçid]

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search